Ölkə 11:05 22.05.2022

Xaçmazda avtomobillər toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Nərəcan-Uzunoba avtomobil yolunda baş verib. "Qazel" və BMW markalı avtomobillərin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Sevda Şükür qızı Xəlilova, 1972-ci il təvəllüdlü Sevda Mürsəl qızı Xəlilova, 1993-cü il təvəllüdlü Qədir Abubəkir oğlu Musayev və 1991-ci il təvəllüdlü Əmrah Qorxmaz oğlu Məcidov müxtəlif xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.