Xəbər lenti

Xalq artisti təcili xəstəxanaya yerləşdirildi (FOTO)
Ölkə 12:35 26.01.2023

Xalq artisti təcili xəstəxanaya yerləşdirildi (FOTO)

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb.

Qaynarinfo BAKU.WS-ə istinadən xəbər verir ki, aktrisa təcili olaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Bu barədə Allahverdiyevanın həyat yoldaşı açıqlamasında bildirib:

"Naibə xanım hazırda xəstəxanadadır. Sinəsindən əməliyyat keçirib. Plastik əməliyyat deyil. Vəziyyəti yaxşıdır”.
 
Xatırladaq ki, Xalq artisti uzun müddət idi ki, şiddətli bel və kürək ağrılarından şikayətlənirdi.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->