Xəbər lenti

Xızıda prokurorun avtomobili qəzaya düşdü, xəsarət alanlar var
Ölkə 12:17 17.03.2025

Xızıda prokurorun avtomobili qəzaya düşdü, xəsarət alanlar var

Xızı rayon prokurorunun yol qəzasına düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Xızı rayonu ərazisində "Niva” və "Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən "Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

"Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->