Xəbər lenti

YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr seçildi
Siyasət 13:17 05.03.2021

YAP-ın Veteranlar Şurasına Arif Rəhimzadə sədr seçildi

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Ağsaqqallar Şurası yaradılıb. 

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Şuraya 35 nəfər üzv seçilib. Sədr isə qocaman YAP-çı Arif Rəhimzadə olub. Əvvəlki İdarə Heyətindən və Siyasi Şuradan uzaqlaşdırılan yaşlı YAP-çılar Ağsaqqallar Şurasında cəmlənib. 

Bundan əlavə, yeni İdarə Heyəti yaradılaraq 40 nəfər üzv seçilib. Yeni İdarə Heyətinin tərkibi əsasən, YAP-ı Milli Məclisdə təmsil edən şəxslərdən formalaşdırılıb. 

Qurumun Siyasi Şurası buraxılıb və yeni NTK seçilib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->