Xəbər lenti

Yaponiya istixana qazı tullantılarıyla bağlı qərarını verdi
Dünya 18:45 22.10.2020

Yaponiya istixana qazı tullantılarıyla bağlı qərarını verdi

Tokiyo Avropa Birliyinin istixana qazı emissiyalarını tamamilə dayandırmaq hədəfinə rəsmi olaraq qoşulacaq.


Qaynarinfo xəbər verir ki, bu haqda Yaponiyanın "Yomiuri” qəzetin yazıb.


Yaponiya mətbuatı hökumət başçısı Yoşihide Suqanın önümüzdəki həftə proqram söhbətində Tokionun planlarını açıqlayacağını qeyd edib. Qəzetin yazdığına görə, o, ölkənin yaxın 50 ildə istixana qazlarının tullantılarını tamamilə dayandıracağını elan edəcək.


Bundan əvvəl Yaponiya səlahiyyətliləri yalnız bu əsrin ikinci yarısında bunu etməyə çalışacağına söz vermişdilər.

 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->