Xəbər lenti

Yaponiya Ukraynaya 4,5 milyard dollarlıq yardım ayıracaq
Dünya 13:05 07.12.2023

Yaponiya Ukraynaya 4,5 milyard dollarlıq yardım ayıracaq

Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Tokio Ukraynaya dəstək üçün əlavə vəsait ayırmağa hazırdır. Söhbət 4,5 milyard dollardan gedir.

Qaynarinfo bu barədə "Kyodo News”a istinadən xəbər verir.

G7 ölkələrinin liderləri Ukrayna prezidenti Volodimir Zelenskinin "Sülh Formulu” adlandırılan sülhməramlı təşəbbüsünü dəstəkləməyə davam edəcəklər.

"Biz beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqil, demokratik Ukraynanı dəstəkləməyə sadiqik”, deyə G7-nin bəyanatında qeyd edilir.

Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya Ukraynaya təxminən 4,5 milyard dollarlıq əlavə yardım elan edib. Bu vəsait Rusiyanın təcavüzündən sonra ölkənin bərpasına sərf olunacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->