Yeni danışıqlar: Ermənilər mədəni muxtariyyət şərtini qəbul edəcəkmi?

Yeni danışıqlar: Ermənilər mədəni muxtariyyət şərtini qəbul edəcəkmi?

"Bu qədər vacib məsələnin müzakirəsi və razılaşdırılması bir günün işi deyil”.


Qaynarinfoxəbər verir ki, bunu politoloq Şahin Cəfərli oktyabrın 29-da həmsədrlər və Xarici İşlər nazirlərinin Cenevrədə baş tutacaq görüşünü şərh edərkən deyib. Politoloq sözügedən Cenevrə görüşünün vacibliyini açıqlayıb:

 



"Azərbaycan prezidentinin əsas şərti - işğal olunmuş ərazilərin boşaldılması üçün qrafik (zaman çərçivəsi) müəyyənləşdirilməsi məsələsi nəhayət ki, müzakirə mövzusu kimi rəsmən gündəmə gəldi. Həmsədrlərin yaydığı bəyanatda deyilir:


"Həmsədrlər və xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan liderləri tərəfindən qəbul olunmuş baza prinsiplərinə uyğun həlli üçün razılaşdırılacaq müvafiq zaman çərçivəsinə uyğun bütün lazımi addımların müzakirəsi, razılıq əldə olunması və həyata keçirilməsinə başlanması məqsədilə oktyabrın 29-da yenidən görüşməyi qərara alıb".

 

Bu bir az qəliz cümlədir. Bu qədər vacib məsələnin müzakirəsi və razılaşdırılması bir günün işi deyil. Belə çıxır ki, 29 oktyabr tarixi münaqişənin həlli məqsədilə başlayacaq substantiv danışıqların başlanğıc nöqtəsi olacaq. Amma əsas məqam budur ki, Ermənistan qrafik məsələsinin müzakirəsinə razılıq verib. Bu səbəblə, bu gün qüvvəyə minəcək atəşkəsə riayət olunması ehtimalı var. Buna əmin deyiləm...”


Şahin Cəfərli hesab edir ki, artıq masada Azərbaycanın əli güclüdür:


"Buna şübhə yoxdur. Amma sual və narahatlıq doğuran bir məqam var ki, işğal olunmuş ərazilərin çox hissəsi hələ də onların nəzarətində qaldığı bir şəraitdə başlayacaq danışıqlarda mədəni muxtariyyət şərtini erməni tərəfi qəbul edəcəkmi?”


Qeyd edək ki, həmsədrlər və Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələcək. Görüşdə Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə olunacaq.


Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR