Siyasət 12:53 03.08.2022

Yeni dünya düzəni  və Mərkəzi Asiya amili (ŞƏRH)

"Son vaxtlar Mərkəzi Asiyada Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxstan Türkiyə ilə əməkdaşlığın prespektivliklərinə böyük önəm  verirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçılarının imzaladığı Daşkənd bəyannaməsindən danışarkən deyib. Onun sözlərinə görə, Rusiya tərəfdən Qazaxıstana açıq təhdidlər gəlir:

"Çinlə Qərb arasında gərginlik artır. Mərkəzi Asiya ölkələri Türkiyəyə, Turan ideyasına müəyyən önəm verirlər. Türkiyə Azərbaycanla daha sıx əlaqələrin qurulması ilə bağlı səsləndirilən bəyanatlar əhaliyə müsbət impuls verir. Üstəlik, Rusiya Qazaxıstan neftinin nəqlinə müvəqqəti də olsa, müəyyən maneələr törətdiyindən Qazaxıstan çalışır ki, Xəzər dənizi üzərindən öz neftinin bir hissəsini Bakı-Tiflis-Ceyhan kəmərinə yönəltsin. Bundan əlavə, Azərbaycan Ermənistan və Gürcüstan Türkiyədən keçməklə bir nəqliyyat yolu da açılır. Bu açılşa, Mərkəzi Asiya dövlətlərinin dünya bazarına çıxışı da asanlaşacaq”.
 
 

Zərdüşt Əlizadənin fikirincə, hər baxımdan Mərkəzi Asiya respublikalarının həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməsinin əhəmiyyəti artır:

"Bütün bu amillərin Azərbaycan üçün böyük əhəmiyyəti var. Azərbaycan bu amillərdən istifadə etməklə həm iqtisadi, həm siyasi vəziyyətini yüksəldə bilər”.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Özbəkistan XİN başçıları arasında görüş keçirilib. Görüşdə tərəflər arasında Daşkənd bəyannaməsi imzalanıb. 

Bahar Rüstəmli