XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yevlaxda 300 nəfəri evsiz qoyan şəxsə hökm oxundu (VİDEO)
Ölkə14:30 11.08.2022

Yevlaxda 300 nəfəri evsiz qoyan şəxsə hökm oxundu (VİDEO)

Yevlaxda beşmərtəbəli yataqxana binasında qəsdən yanğın törətməkdə şübhəli bilinən Murad Əliyev məhkəmə qarşısına çıxarılıb. 
APA TV-nin əldə etdiyi xəbərə görə, Yevlax Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Murad Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 
Xatırladaq ki, hadisə avqustun 9-da qeydə alınıb. Yayılan xəbərlərə görə, Murad Əliyev həmin vaxt sərxoş vəziyyətdə olub. Hadisəni törətməsinə səbəb isə həyat yoldaşı ilə aralarındakı mübahisə olub.