Bu ilin fevral ayında yaradılan “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Məmməd oğlu Hüseynəliyev vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, sözügedən vəzifəyə Samin Amin oğlu Hüseynov təyin edilib.
Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Elçin Hüseynəliyev 2005–2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub. O, uzun müddət “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb.
Aydın
Şərhlər