Xəbər lenti

İsrael Katz İrana xəbərdarlıq etdi - İstənilən lider...
Dünya 10:51 04.03.2026

İsrael Katz İrana xəbərdarlıq etdi - İstənilən lider...

İsrailin müdafiə naziri İsrael Katz İran rəhbərliyinə sərt xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, nazir X sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, İran tərəfindən İsraili məhv etmək, ABŞ-ı, "azad dünyanı” və region ölkələrini təhdid etmək, eləcə də İran xalqını təzyiq altında saxlamaq planını davam etdirmək üçün təyin olunan istənilən lider hədəfə çevriləcək.

"Adının nə olduğu və ya harada gizləndiyi önəmli deyil. Belə bir şəxs qəti şəkildə zərərsizləşdiriləcək hədəf olacaq”, – deyə Katz vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə tapşırıq İsrail ordusuna baş nazir Binyamin Netanyahu ilə birgə verilib.

Nazir əlavə edib ki, İranın imkanlarını zəiflətmək və İran xalqının mövcud hakimiyyəti devirərək yerinə yeni hökumət qurması üçün zəruri şərait yaratmaq məqsədilə ABŞ-lı tərəfdaşlarla birlikdə fəaliyyətlərini davam etdirəcəklər.
 
Günay
--> -->