Xəbər lenti

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşdi
İdman21:47 03.03.2026

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt"ı qəbul edən "Zirə" 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.
Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-ci dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.