Xəbər lenti

Dünya bazarlarında “Brent” neftinin qiyməti 82 dolları ötdü
Ekonomiks09:15 04.03.2026

Dünya bazarlarında “Brent” neftinin qiyməti 82 dolları ötdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent” neftinin ixracına dair 2026-cı ilin may müqaviləsinin dəyəri 1,61% artaraq 1 barelə görə 82,71 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,27% artaraq 75,51 ABŞ dollarına bərabər olub.