İdman 13:37 25.10.2020

Yurgen Kloppdan şok qərar: “Liverpul”dan gedir

"Liverpul”un baş məşqçisi Yurgen Klopp klubdan ayrılmaq istəyir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, alman mütəxəssis İngiltərə klubunda missiyasını tamamladığını hesab edir. 53 yaşlı məşqçinin yeni təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Artıq "Liverpul"un baş məşqçi postina namizədləri də müəyyənləşdirdiyi iddia olunur. Məlumata görə, Kloppun yerinə əsas namizədlə "Tottenhem”in sabiq baş məşqçisi Mauritsio Poçettino və hazırda "Lids”ə başçılıq edən Marselo Byelsadı.
 
Qeyd edək ki, Klopp 2015-ci ildən "Liverpul”a başçılıq edir. Komanda alman mütəxəssisin rəhbərliyi altında İngiltərə Premyer Liqasının (2019/20), Çempionlar Liqasının (2018/19), UEFA Super Kubokunun (2019) və klublararası dünya çempionatının (2019) qalibi olub, Çempionlar Liqası (2017/18) və Avropa Liqasında (2015/16) final oynayıb. O, əvvəllər Almaniyanın "Maynt 05" və "Borussiya" klublarını çalışdırıb.