Xəbər lenti

“Öz labaratoriyanı yarat - tələbələr üçün mini labdoc” layihəsi həyata keçirilib
Ölkə 11:04 25.04.2019

“Öz labaratoriyanı yarat - tələbələr üçün mini labdoc” layihəsi həyata keçirilib

Azərbaycan Gənclər Fondunun dəstəyi  ilə  "Öz labaratoriyanı yarat –tələbələr üçün mini labdoc” fərdi layihəsi çərçivəsində Gəncə şəhərində, Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr üçün maarifləndirmə seminarı keçirilib.

Qaynarinfo xəbər verir ki, iki gün davam edən seminarlarda Azərbaycan Dövlət Aqrar Universitetindən 50 nəfər tələbə iştirak edib.

Fərdi layihənin kordinatoru Aysel Rəhimli tədbirin məqsədi və layihənin qarşıya qoyduğu vəzifələr haqqında danışıb. Bildirilib ki, tələbələr, magistrlərin fərdi inkişafı və öz ideyalarını alternativ olaraq reallaşdırmaları üçün Avropa ölkələrində istifadə olunan təcrübələrin tətbiq edilməsi, tələbələrin öz mini labaratoriyalarını özlərinin yaratmaları üçün onlara bilik və informasiyaların verilməsi çox aktualdır. Tələbələrə son illərin trendləri və crowdfunding platformalarından düzgün istifadə qaydaları haqqında, öz ixtisaslarına uyğun olaraq axtarış edib məlumat toplamaq metodları geniş şəkildə izah olunub.

Tədbir çərçivəsində tələbələr, magistrlər üçün prezentasiyalar edilib. Tələbələr bu metodlar, həyata keçirilmə üsulları, uğurlu praktikalar, bu sahədə qazanılan nailiyyətlər, bu metodların üstünlükləri haqqında bilik və informasiyalara yiyələniblər. 

Layihənin eksperti bildirib ki, keçirilən bu təlimin əsas hədəflərindən biri də təbliğat şəbəkəsinin qurulması, maarifçilik fəaliyyətinin daha da genişləndirilməsidir.

Tədbir qarşılıqlı diskussiyalar şəraitində həyata keçirilib, iştirakçıların sualları cavablandırılıb, təkliflər qeydə alınıb. Seminarda eyni zamanda open science, open access, open innovation, open research computation, citizen science, scientific social network nə olduğu haqqında geniş biliklər verilib, open Access jurnallarına çıxış imkanları, ORCİD haqqında iştirakçılar məlumatlandırılıb.

Seminar diskssiya şəraitində keçirilib, tələbəlrin sualları cavablandırılıb.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->