Günay İlqarqızı

Blogger
Yazılar
11
Öz övladım, yoxsa bir qatar adam?..

Öz övladım, yoxsa bir qatar adam?..

Günay İlqarqızı

Bu yaxınlarda oğlum bir sual verdi. Dedi, ana, bir kinoda görmüşdüm ki, bir ata seçim qarşısındadı, ya oğlunu xilas etməlidi, ya da qatarda olan bütün adamları. Səncə, o kimi seçdi? Düzü, o atanın və özümün verə biləcəyim qərarı düşündüm. Dedim, yəqin ki, adamları seçib. Oğlum düz tapdığımı söylədi.  Sonra soruşdu ki, sən kimi seçərsən? Düşünmədən cavab verdim, səni. Amma hiss elədim ki, ona böyük insanlıq, ədalət, düzgünlük, sevgi haqqında daim nəsə aşılamağa çalışan anasının bu fikri nə onu, nə də özümü qane edib. İkimiz də susduq. 

Sonra cavab verdim ki, bu qərar mənim soyuqqanlı insan olmamağımla bağlıydı. Düşündüm, hardasa onu qane etmiş olaram. 

İndi isə elə övladına doğruluq, ədalət haqqında danışan, bu keyfiyyətləri aşılamağa çalışan bir ana, bir valideyn kimi son günlər ölkənin təhsil həyatında mübahisə doğuran bir məsələyə susduğum, görməzdən gəldiyim kimi.

Söhbət məktəblərdə fəaliyyətə başlayan VMA-nın valideynlərdən üzvlük haqqı kimi pul yığmasından gedir. Yəqin, hamımız artıq bu məsələni uzaqdan-yaxından eşitmişik. Bəlkə kimsə gəlib deyəcək ki, bu VMA-lar yeni fəaliyyətə başlamayıb. Amma mən Qaynarinfo-nun xəbərindən sonra bilmişəm. Hər nə isə… 

Məsələnin məğzindən qaçmayaraq bildirim ki, nə qədər təkzib edilsə də, VMA-lar hələ də fəalliyyət göstərir. 

Onun fəaliyyəti ilə bağlı bəzi suallar bir valideyn kimi məni də narahat edir.

Qeyri Hökumət Təşkilatı (QHT) kimi qeydiyyatdan keçən VMA (valideyn-müəllim assosiasiyası) niyə bütün məktəblərlə deyil də, bəzi məktəblərlə müqavilə bağlayıb? 

Madam üzvlük haqqı yığılırsa, bu qiymət standart deyil də, hər məktəbin adına, yerləşdiyi əraziyə görə fərqlidir? Niyə bu qiymət bir-on manat arası dəyişir? Dəyişən isə qiymətlər deyil, həm də könüllük əsasında (guya) yığılan bu pul üçün edilən mədəni şantajlardır. Say-say bitməz! 

Suallar çox, gələn cavablar isə eyni!!!

Son olaraq demək istəyirəm ki, çox hörmətli Bakı Şəhəri üzrə Təhsil İdarəsi, sən nə qədər təkzib edirsən et, biz gördüyümüzü görürük!

OXŞAR XƏBƏRLƏR

X