Xəbər lenti

Zahid Oruc yoxlamalara başladı
Ölkə 12:05 11.07.2019

Zahid Oruc yoxlamalara başladı

Deputat Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsinə dair sorğu keçirir.

Sorğuda dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirləri müxtəlif istiqamətlər üzrə öyrənilir.

Qeyd edək ki, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənməsi, mətbuat xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsi, lazım olan informasiyanın qurumlardan nə dərəcədə rahatlıqla tapıla bilməsi kimi bir sıra suallar sorğuda öz əksini tapıb. ("Qafqazinfo”)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->