Bu gün bir müddət əvvəl azadlığa çıxan NİDA-çı Zaur Qurbanlının toyudur. “Qafqazinfo”nun məlumatına görə, o, Günel Əlisgəndərli adlı xanımla ailə qurur.
“Sonalar sonası” şadlıq sarayında keçirilən toy mərasimində Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də iştirak edir.
Qeyd edək ki, 2012-ci ildə həbs olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən Zaur Qurbanlı ötən il dekabrın 30-da prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Qaynar.info
Şərhlər