Dünya 13:41 10.12.2019

Zelenski: “Putin ayrı "biomexanika"ya sahibdir”

Vladimir Putinin fərqli xasiyyətləri var. 

Qaynarinfo xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı haqda onunla təkbətək görüşdən sonra deyib. 

İkitərəfli danışıqlar zamanı tərəflər demək olar ki, hər sözü müzakirə etməli olublar. Putinin hər məsələnin xırdalıqlarını təhlil etdiyini bildirən Zelenski deyib:
"Mən sürəti, konkretliyi xoşlayan adamam, bir-iki və razılaşdıq”. 

O, buradan çıxardığı nəticəyə əsasən deyib: "Putin ayrı "təbii biomexanika"ya sahibdir.

Xatırladaq ki, dünən Parisdə "Norman formatında" görüş keçirilib. Ümumilikdə sammitdəki danışıqlar 5,5 saat çəkib, Putinlə Zelenski arasındakı görüş isə bir saat yarım davam edib. Nəticələrə əsasən, münaqişə zonasında vəziyyətin sabitləşməsi və Minsk Sazişlərinin müddəalarının həyata keçirilməsi üçün kommunike qəbul edilib.
 
Alpər