"Distant təhsilə keçidi sürətləndirməliyik".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib. Ekspert təklif edib ki, bu təhsil sistemi eyni zamanda qanunvericilkdə də əskini tapmalıdır:
"Hazırda Milli Məclisdə "Ali təhsil haqqında" qanun müzakirə olunur. Hələ qanun qəbul edilməyib. Odur ki, həmin qanunda distant təhsilin tanınması ilə bağlı müvafiq müddəa öz əkisni tapmalıdır. Azərbaycanda distant formada təhsil sistemi vacibdir, bir şərtlə ki, dərslər obyektiv və şəffaf tədris olunsun. Təhsil haqqında qanunvericiliyə baxsaq orada əyani, qiyabi təhsilin olduğunu görürük. Amma təəssüflər olsun ki, distant təhsil qanunda öz əksini tapsa da, qanunvericilikdə biz bu təhsil formasını tanımırıq".
"Distant təhsilin tətbiq olunması əslində kimlər üçün vacibdir" sualına cavab olaraq, Elçin Əfəndiyev qeyd edib ki, ali təhsil almaq istəyənlərin sayı çoxdur:
"Vaxtından əvvəl ailə quran qadınlar, işləyən şəxslər, eyni zamanda məsafə baxımından gediş-gəliş imkanları məhdud olan vətəndaşlar üçün distant təhsil çox önəmlidir. Bəs, biz distant təhsili necə tətbiq edə bilərik? Düzdür, bununla bağlı müəyyən təcrübəmiz var, pandemiya dövründə ölkədə distant təhsil sistemini tətbiq etdik. Ali təhsil müəssisələri distant təhsili yaratmış oldu, artıq bununla bağlı müəyyən bir bacarıq, vərdiş yaranıb. Düşünürəm ki, bu təhsil sistemi tətbiq olunarsa çətinliklər olmayacaq. Əsas maddi-texniki baza çox vacibdir. Bəs, bütün istiqamət üzrə təhsil alanların sistemə daha asan qoşulmaları və aktiv istifadə ümükün olacaqmı? Bu suallara cavab tapıb, onlarn üzərində işləməliyik. Distant formada təhsilə keçəcəyiksə baş verə biləcək texniki problemləri və catışmazlıqları aradan qaldırmalıyıq".
Bahar Rüstəmli
Şərhlər