Azərbaycanda məşhur şirkətlər barəsində protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, "Fairmont LTD" MMC, "Beximco BAKU" MMC, "Viva medical group" MMC, "Torqovıy dom" MMC, "Donat" MMC, "Sion group" MMC, "May-ak inşaat" MMC, "Schenker Azərbaycan" MMC, "Mazzo" MMC iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir.
Şirkətlərin hər birinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb və cərimələnmələri üçün Bakının müxtəlif məhkəmələrinə göndərilib.
Müddəanın tələblərinə əsasən, sözügedən şirkətlərin hər biri xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
İddia təsdiqini taparsa, şirkətlərin hər birini inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə gözləyir.
Əhməd
Şərhlər