Xəbər lenti

DÇ-2026: Fransa və Seneqal darmadağına sevindi
İdman 01:11 27.06.2026

DÇ-2026: Fransa və Seneqal darmadağına sevindi

ABŞ, Meksika və Kanadada keçirilən Dünya çempinatı davam edir. Bu gecə I qrupunda mübarizəyə yekun vurulub.

Qaynarinfo-nun məlumatına görə, Boston stadionunda baş tutan matçda Fransa Norveçi 4:1 hesabı ilə yenib.

Qalib gələn komandanın qollarını Usman Dembele (7, 20, 32) və Dezire Due (90+4) vurublar. Norveçin heyətində isə Tele Osqor (21) fərqlənib.
 
Seneqal iüə İraqa böyük hesabla qalib gəlib. Toronto stadionunda keçirilən matçda Afrika təmsilçisi 5:0 hesablı qələbəyə sevinib.

Qolları Abib Diarra (4), İsmaila Sarr (56), Pap Qeye (56, 71) və Lliman Ndiaye (82) vurublar.
 
Fransa millisi 9, Norveç 6 xalla pley-offa çıxıb. Seneqal isə 3 xalla üçüncü olub.
 

--> -->