Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? (VİDEO)
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri bildirib ki, evlərin alqı-satqısı zamanı qiymətləndirmənin icbari qaydada tətbiqi üçün qanunvericiliyə dəyişiklik edilməlidir.
Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, maraq doğuran əsas suallardan biri də budur: alqı-satqı zamanı məcburi qiymətləndirmənin tətbiqi mənzil bazarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?
Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Vüqar Oruc məsələyə münasibət bildirib.
"Bazarın inzibati üsullarla tənzimlənməsi hazırda mümkün deyil. Çünki sərbəst bazar iqtisadiyyatının prinsiplərinə əsasən, xüsusilə XXI əsrdə qiymətlər bazar iştirakçılarının davranışı ilə formalaşır. Onlara makroiqtisadi göstəricilər, bazardakı tələb və təklif nisbəti, eləcə də müxtəlif daxili və xarici amillər təsir göstərir", - deyə Vüqar Oruc bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər