ABŞ, Meksika və Kanadada keçirilən Dünya çempinatı davam edir. Bu gecə H qrupunda mübarizəyə yekun vurulub.
Qaynarinfo xəbər verir ki, İspaniya Uruqvaya qalib gəlib. Qvadalxara stadionunda keçirilən matçda Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb. 42-ci dəqiqədə Aleks Baena fərqlənib.
Qrupun digər oyununda Kabo Verde Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Hyuston stadionunda keçirilən matçda qapılara qol vurulmayıb - 0:0.
Bu qrupda İspaniya 7 xalla birinci olub. Ardıcıl üçüncü görüşündə də uduzmayan Kabo Verde 3 xalla qrupunu ikinci sırada bitirərək tarixində ilk dəfə qatıldığı mundialın pley-off mərhələsinə adlayıb. Komanda bu raundda son dünya çempionu Argentina ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı isə 2 xalla sonuncu yeri tutub və turnirlə vidalaşıb.
Şərhlər