ABŞ, Meksika və Kanadada keçirilən Dünya çempinatı davam edir. Bu gecə G qrupunda mübarizəyə yekun vurulub.
Qaynarinfo xəbər verir ki, Belçika Yeni Zelandiyanı məğlub edib. "BC Place" stadionunda baş tutan matçda avropalılar 5:1 hesablı qələbəyə seviniblər.
Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.
Qrupun digər oyununda Misir İranla qarşılaşıb. Sietl stadionunda keçirilən matçda bərabərlik qeydə alınıb - 1:1.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.
Bu nəticələrdən sonra Belçika və Misir pley-offa çıxıb. İran millisi üçüncü olub. Yeni Zelandiya isə mundialla vidalaşıb.
Şərhlər