Xəbər lenti

"Neftçi" Slovakiya millisinin hücumçunu transfer etdi (FOTO)
İdman00:46 27.06.2026

"Neftçi" Slovakiya millisinin hücumçunu transfer etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neftçi" klubu slovakiyalı hücumçu Lyubomir Tuptanı transfer edib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə "2+1" illik müqavilə bağlanıb.
O, 29 nömrəli formanı geyinəcək.
Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir Tupta sonuncu klubu AEL-də 2025/2026 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş futbolçu 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.