Xəbər lenti

Dünyanın ən sürətli avtomobilləri (SİYAHI)
İdman 11:15 09.05.2023

Dünyanın ən sürətli avtomobilləri (SİYAHI)

Avtomobil istehsal olunduğu gündən bəşəriyyətin ən böyük marağı həmişə daha yüksək sürətlə getmək olub. Artıq bu gün elektrik mühərrikləri və texnologiyanın dəstəyi ilə saatda 500 kilometr sürətdən danışılır. Kifayət qədər yüksək qiymətə malik bu avtomobillərin əksəriyyəti isə təbii ki, idman yarışlarında istifadə olunur. 

Qaynarinfo həvəskarlarının sevimlisi olan dünyanın ən sürətli avtomobillərinin siyahısını təqdim edir.

"Ferrari LaFerrari”
 


"Ferrari”nin ilk superhibridi olan "Ferrari LaFerrari”nin maksimal sürəti 349 km/saatdır.

"Mclaren P1”
 


Öz dönəmində dünyanın ən sürətli avtomobillərindən biri sayılırdı. Avtomobilin maksimal sürəti 349 km/saatdır.

"Mercedes-AMG One”
 


Formula 1 mühərrikini yol avtomobilinə köçürən şirkətin bu məhsulu 1063 at gücünə malikdir. Avtomobilin maksimal sürəti 349 km/saatdır.

"Lamborghini Sian FKP 37”
 


"Lamborghini” tarixində ilk hibrid modeli olan bu avtomobil həm də markanın ən sürətli modellərindən biridir. Avtomobilin maksimal sürəti 349 km/saatdır.

"Lotus Evija”
 


"Lotus”un ilk elektrik hiper modeli "Lotus Evija” hər biri 500 at gücü olan 4 elektrik mühərriki ilə təhciz olunub. Avtomobilin maksimal sürəti yenə 349 km/saatdır.

"Bugatti Chiron Pur Sport”
 


Siyahıdakı ən yavaş "Bugatti” modeli olan "Bugatti Chiron Pur Sport” 351 km/saat sürətə çata bilir.

"Lamborghini Aventador LP780-4 Ultimae Coupe”
 


Brendin avtomobilinin maksimal sürəti 354 km/saatdır.

"Pininfarina Battista”
 


Dörd elektrik mühərrikinə və 1900 at gücü və 1741 Nm fırlanma sürətinə malikdir. Bu, avtomobilin maksimal sürətini 352 km/saata çatdırmağa imkan verir.

"Ferrari Enzo”
 
 

Brendin ən xüsusi avtomobillərindən biridir. İlk modelin istehsalından 20 il keçməsinə baxmayaraq, hələ də ən sürətlilər siyahısında yer alır. Avtomobilin maksimal sürəti 352 km/saatdır.

"Aston Martin One-77”
 


2009-2012-ci illər aralığında məhdud sayda istehsal edilən "Aston Martin One-77”nin sürəti saatda 354 km/saatdır.

"De Tomaso P72”
 


İlk dəfə 2019-cu ildə Qudvud Sürət Festivalında görünən "De Tomaso P72”nin maksimal sürəti 355 km/saatdır.

"Pagani Huayra Codalunga”
 


İki turbolu V12 mühərriki ilə 840 at gücü və 811 Nm fırlanma sürətinə malikdir. Bu da, avtomobilin 354 km/saat sürətlə hərəkət etməsinə şərait yaradır.

"Lamborghini Countach”
 


İtalyanlar tərəfindən canlandırılan "Lamborghini Countach” Aventador əsasında hazırlanıb və məhdud sayda istehsal edilib. Bu xüsusi avtomobilin maksimal sürəti 355 km/saatdır.

"Lamborghini Veneno”
 


Şirkət tərəfindən istehsal olunan bu xüsusi modelin maksimal sürəti 355 km/saatdır.

"Gordon Murray T.50”
 


Güc baxımından siyahıdakı digər modellərdən zəif olsa da, yüngüllüyü sayəsində maksimum 370 km/saat sürətə çata bilir.

"Pagani Zonda”
 


2007-ci ildə Cenevrə avtosalonunda nümayiş etdirilən "Pagani Zonda R” 375 km/saat sürətə çatır.

"Bugatti Divo”
 


Tras üçün istehsal edilən "Bugatti Divo” 380 km/saat sürətə çatır.

"Pagani Huayra BC”
 


Avtomobilin maksimal sürəti saatda 380 kilometrdir.

"Bugatti Centodieci”
 


"Bugatti”nin 110 illik yubileyi üçün istehsal olunan standart "Bugatti Chiron”dan daha yüngüldür. Bu, avtomobilin 386 km/saat sürətinə çatmasına təsirini göstərir.

"McLaren F1”
 


Bütün zamanların ən ikonik superavtomobillərindən biridir və "McLaren F1” də onun ən sürətlilərindən biridir. Onun yüngüllüyü və aerodinamik dizaynı avtomobilə 386 km/saat sürət yığmağa imkan verir.

"Koenigsegg CCR”
 


"Koenigsegg CC8S” modelinin daha güclü versiyası olan "Koenigsegg CCR” 388 km/saat sürətlənir.

"Pagani Huayra”
 


"Pagani” uğurunu Huayra modeli ilə taclandırıb. 2011-ci ildə çıxan model 383 km/saat sürətlə hərəkət edə bilir.

"Koenigsegg Gemera”
 


Dörd oturacaqlı "Koenigsegg Gemera” modeli 1700 at və 2581 Nm fırlanma gücü ilə 400 km/saatı keçə bilir.

"Deus Vayanne”
 


Siyahıdakı modellər qədər də tanınmayan Deus Vayanne 2200 at gücü ilə məhdud sayda istehsal olunur. Avtomobil maksimum 399 km/saat sürətə çatır.

"Aspark Owl”
 


Ən məşhur brendlərdən olan Aspark-ın Owl modeli dörd elektrik mühərriki ilə işləyir. 100 km/saata çatmaq üçün cəmi 1,7 saniyə lazımdır. Avtomobilin maksimal sürəti isə 400 km/saatdır.

"Tesla Roadster”
 


İlon Maskın Roadsterinin sürəti 0-dan 100-ə cəmi 1,9 saniyəyə çata bilir. Bu onu siyahıdakı ən sürətli modellərdən biri edir. Elektrik motorlu modelin maksimal sürəti saatda 402 kilometrdən bir qədər artıqdır.

"Aston Martin Valkyrie”
 


"Aston Martin” və Formula 1 tərəfdaşı "Red Bull Racing”in məhsulu olan "Aston Martin Valkyrie” 402 km/saat maksimal sürətə malikdir. 

"Koenigsegg Agera R”
 


"Koenigsegg Agera R” maksimum 400 km/saat sürətə çatır.

"W Motors Fenyr SuperSport”
 


Skandinaviya mifologiyası əsasında adlandırılan "Fenyr SuperSport”un sürəti 402 km/saatdır.

"Bugatti Mistral”
 


"Bugatti Chiron”un bir başqa versiyası olan "Mistral” 420 km/saat sürətə çata bilir.

"McLaren Speedtail”
 


1036 at gücündə "McLaren Speedtail” 403 km/saat maksimum sürəti və dizaynı ilə seçilən modellərdən biridir.

"Bugatti Veyron 16.4 Super Sport”
 


2010-cu ildə ortaya çıxan "Bugatti Veyron 16.4 Super Sport” 431 km/saat sürətə çata bilirdi.

"Bugatti La Voiture Noire”
 


Xüsusi olaraq məhdud sayda istehsal edilən və qiyməti 13,4 milyon dollar olan "Bugatti La Voiture Noire” 418 km/saat sürətə çatma fürsəti təqdim edir.

"Rimac Nevera”
 


Xorvatiyanın elektrik hiperavtomobili "Rimac Nevera” 100 km/saat sürəti 1,97 saniyəyə yığa bilir. Modelin maksimal sürəti 415 km/saatdır.

"Bugatti Veyron”
 


Avtomobil 408 km/saat sürətə malik idi və uzun müddət ən sürətli avtomobil titulunu saxladı.

"SSC Ultimate Aero”
 


Bu avtomobil sürət rekorduna sahib modeldir. "SSC Ultimate Aero” 414 km/saat sürətlə "Ginnesin Rekordlar Kitabı”na düşüb.

"Zenvo TSR-GT”
 


Brendin iddiasına görə bu avtomobil saatda 423 km sürətlə hərəkət edir.

"Koenigsegg CC850”
 

 
"Koenigsegg”in ikinci ən sürətli avtomobili olan CC850 483 km/saata çata bilir.

"Koenigsegg Agera RS”
 


"Koenigsegg Agera RS” 2017-ci ildə dünyanın ən sürətli avtomobili adını aldı. Avtomobil sınaqlarda 447 km/saat sürətə çata bilib. Daha sonra rekord "Bugatti” tərəfindən geri alındı.

"Czinger 21C”
 


Şirkətin iddiasına görə, "Czinger 21C” 452 km/saat sürətə çata bilir.

"Hennessey Venom F5 Roadster”
 


Damı bağlı olan nəqliyyat vasitəsinin iddia etdiyi sürətin 500 km/saat olduğu bildirilir. Brend modelin üstü açılsa belə, 483 km/saata çata biləcəyini iddia edir.

"Bugatti Chiron Super Sport”
 


"Bugatti Chiron Super Sport” dizayn xüsusiyyətləri ilə 439 km/saat sürətə çata bilir.

"Hennessey Venom GT”
 
 

"Hennessey”ə görə sürəti 435 km/saata çatan "Venom GT” "Bugatti”nin rekordunu geridə qoyub.

"Koenigsegg One:1”
 


Bu avtomobilin maksimal sürəti 439 km/saatdır.

"SSC Tuatara”
 


2022-ci ilin əvvəlində keçirdiyi sınaqlarda 474,7 km/saat olan heyrətamiz sürətə çata bildi. Bu, avtomobilin dünyanın ən sürətli avtomobili olmasına imkan verdi. Testlərdən əvvəl markanın iddiası 508 km/saat sürət idi. 

"Koenigsegg Jesko Absolut”
 


"Koenigsegg” bildirir ki, "Bugatti Chiron Super Sport” 300+ sürətə malikdir. Ancaq şirkət bu model üçün qeyd olunan sürətin saatda 531 km-dir. Bu sürətə çatmaq üçün isə ən yaxşı yerin Almaniyadakı "Ehra-Lessien” sınaq trası olmasıdır. Bu yer "Bugatti”nin ana şirkəti "Volkswagen”ə məxsusdur.

"Bugatti Bolide”
 


Treklər üçün eksklüziv "Bugatti Bolide” dörd turbo, 8,0 litrlik W16 mühərriki ilə təchiz olunmuş 1,825 at gücündədir. Bu avtomobil 500 km/saat sürətə çata bilir.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->