Xəbər lenti

Minifutbol-2025: Serbiya 1/8 finalda
İdman 20:56 26.05.2025

Minifutbol-2025: Serbiya 1/8 finalda

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Qaynarinfo-nun məlumatına görə, H qrupunda Serbiya - Qana matçı baş tutub.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (2:1) Serbiya xallarının sayını 9-ya çatdıraraq 1/8 finala qrup lideri kimi adlayıb.

Hesabında 0 xal olan Qana mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->