Xəbər lenti

İngiltərənin kapitanı:
İdman 21:24 27.05.2025

İngiltərənin kapitanı: "Milli Gimnastika Arenasında oyunlara hazırlaşmaq üçün hər cür şərait var"

İngiltərə millisinin kapitanı Lonq Ben Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının oyunlarına yüksək səviyyədə hazırlaşmaq üçün hər cür şəraitin olduğunu bildirib.

Futbloçu bunu "Report"a açıqlamasında deyib.
Milli Gimnastika Arenasında gördükləri onun ürəyincə olub:

"Burada futbolçuların masaj olunması üçün də şərait yaradılıb. Daha sonra ən yaxşı səviyyədə vanna qəbul edə bilirik. Beləliklə, matçlara yüksək motivasiya ilə hazırlaşırıq".

L.Ben Bolqarıstan üzərində qələbə qazanaraq 1/4 finala yüksəldikləri oyun barədə də danışıb:

"Bu, turnirdə keçirdiiymiz ən çətin görüş idi. Rəqibin heyətində yaxşı futbolçular çoxdur. Hesabda öndə olarkən müdafiəyə çəkildik. Lakin təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Penalti zərbələri lotereyadır və biz bundan qlaib ayrıldıq. Bəlkə də turnirin ən güclü qapıçısı bizdədir. Qələbəyə görə şadıq".

Qeyd edək ki, İngiltərə mllisi 1/8 finalda Bolqarıstan ilə üz-üzə gəlib və matçın əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penalti zərbələrində daha dəqiq olan (3:1) ingilislər növbəti mərhələyə adlayıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->