Xəbər lenti

Millimizin baş məşqçisi:
İdman 22:35 27.05.2025

Millimizin baş məşqçisi: "Dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq"

Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Rumıniya üzərində qələbə qazanaraq dünya çempionatında 1/4 finala yüksəldikləri oyunu şərh edib.

Qaynarinfo xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.

O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:

"Bu matça erkən final adını vermək olardı. Rumıniya həqiqətən çox yaxşı komandadır. Avropa çempionatının qaıibi olarkən də bu kollektivi məğlub etmişdik. Həqiqətən bizim üçün asan olmadı. Qarşıdakı qarşılaşmalar da çətin keçəcək. Əgər dünya çempionu olmaq istəyiriksə, bütün görüşləri qalib başa vurmalıyıq. 1-2 saat qələbənin dadını çıxardıqdan sonra, İngiltərə ilə görüşə hazırlaşacağıq".

Qeyd edək ki, yığma Rumıniya ilə əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında qələbə (2:1) qazanaraq növbəti mərhələyə adlayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->