Xəbər lenti

Foto 17:29 24.05.2018

Ronaldinyodan ilginc qərar: eyni vaxtda iki qadınla evlənəcək

 
Dünya şöhrətli braziliyalı veteran futbolçu Ronaldinyo eyni vaxtda 2 qadınla evlənməyə hazırlaşır.

Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, veteran futbolçu avqust ayında nişanlıları Prisçilla KoelhoBeatriz Souza ilə evlənəcək. 

Onlar dekabr ayından bəri Rio de Janeyroda yerləşən 5 milyon funt-sterlinq dəyərindəki evdə yaşayırlar. Futbolçu ötən ilin yanvarında hər iki sevgilisinə nişan üzüyü alıb. Braziliyada çoxarvadlılıq qadağan olunduğundan, toy mərasimi avqustda ABŞ-ın Santa-Monika şəhərində keçiriləcək. 

Ronaldinyonun bacısı Deysi poliqamiyanın əleyhinə olduğunu açıqlayaraq toyda iştirak etməyəcəyini deyib. Braziliyalı müğənni Jorje Versillo toy mərasimində çıxış edəcək. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->