Qaziantepdə
Suriyanın Hələb şəhərində talan edilmiş bir muzeydən oğurlanan çox qədim
sayılan ceyran dərisində yazılmış İbrani İncili ələ keçirilib.
Qaynarinfo xəbər verir ki, Qaziantep Təhlükəsizlik İdarəsi tərəfindən verilən açıqlamaya
görə, Şehitkamil İlçə Təhlükəsizlik İdarəsinin qrupları Hələbdə yağmalanmış muzeydən
oğurlanan İncilin Türkiyəyə gətirildiyini təsbit edib.
Qaçaqçılıq
və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları tərəfindən müəyyən
edilmiş ünvanda təşkil edilən əməliyyatda çox qədim hesab edilən İbrani dilində
ceyran dərisinə yazılmış İncil ələ keçirilib.
Hadisə
ilə əlaqədar 3 şübhəli nəzarətə alınıb.
Antik
mütəxəssislər tərəfindən 1 milyon dollardan artıq qiymətləndirilən İncilin son
dərəcə əvəzsiz olduğu bildirilir.
Alpər
Şərhlər