Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq “Azəriqaz”da “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 6 noyabr 2013-cü il tarixdə saat 09:00-dan Hacıqabul rayonunun bir hissəsinə, saat 09:00-dan 20:00-dək İmişli rayonuna və Saatlı rayonunun bir hissəsinə, saat 13:00-dan Sumqayıt şəhərinin bütün yaşayış məntəqələrinə, Siyəzən və Xızı rayonlarının bir hissəsinə, saat 14:00-dan 17:00-dək isə Binəqədi rayonunun Sulutəpə və Çiçək qəsəbələrinə təbii qaz verilişində fasilələr yaranacaq.
Qaynar.info
Şərhlər