Xəbər lenti

NATO Ermənistana yerləşərsə… (ŞƏRH)
Dünya 21:31 07.06.2024

NATO Ermənistana yerləşərsə… (ŞƏRH)

"Belə bir tendensiya həqiqətən də mövcuddur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı rusiyalı hərbi ekspert İqor Korotçenkonun Ermənistandakı Avropa İttifaqı mülki missiyasının tədricən NATO hərbi missiyasına çevrildiyi barədə fikirlərini şərh edərkən deyib.
 
"Ermənistandakı Aİ missiyasının əsas aparıcı qüvvəsini Fransa təşkil edir. Öncə Ermənistandakı missiya dinc nümayəndələrdən ibarət idi. Amma sonradan ora hərbi təlimatçıları da göndərdilər. Həta Fransa jandarma qüvvələri də təmsil olunur. Həmçinin, ora dinc müşahidəçi adı ilə gələnlərin böyük əksəriyyətinin hansısa hərbi mənsubiyyəti də var. Qərbin məqsədi regiona gəlib, burada möhkəmlənməkdir. Onu da hələlik Aİ missiyası vasitəsilə edirlər. Özü də bu qüvvələr açıq şəkildə anti-Azərbaycan mövqeyi tutur”, deyə Akif Nağı bildirib.
 

Həmsöhbətimizə görə, Korotçenkonun həmin açıqlaması Moskvanın Qərbə üz tutan Ermənistana münasibətdə atacağı addımları əsaslandırmaq məqsədi də daşıya bilər:

"Rusiya Ermənistanda Qərbin mövqeyinin möhkəmlənməsindən narahatdır. Bu mənada ola bilsin ki, Korotçenko həmin fikri səsləndirməklə həm də Rusiyanın ərazidə atacağı hər hansı addımları əsaslandırmağa çalışır. İstisna deyil ki, belə bir arqumenti sabah Rusiyanın Ermənistanla bağlı atacağı hər hansı bir addımı əsaslandırmaq üçün gündəmə gətirirlər. İstənilən halda Azərbaycan bu cür açıqlamalara diqqətlə yanaşmalıdır”. 

Qeyd edək ki, Rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko Avropa İttifaqı Ermənistandakı "mülki missiya”sının getdikcə NATO-nun hərbi missiyasına çevrildiyini bildirib. Onun sözlərinə görə, ABŞ və Aİ ilə əlaqələrini genişləndirən Ermənistan tədricən Rusiyadan uzaqlaşır:

"Ermənistan ərazisində AB-nin "müşahidə missiyası” fəaliyyət göstərir, əvvəlcə onun onurğasını diplomatik pərdə altında gizlənmiş Qərb kəşfiyyatçıları təşkil edirdi, ardınca nizami hərbi personal gətirilirdi. Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistandakı AB missiyasının NATO missiyasına çevrildiyini birbaşa bəyan etməsinə əsas verdi. Norveç, Kanada və ABŞ-dən də hərbi personal göndərildi, AB missiyasını Şimali Atlantik Alyansının missiyasına çevrilir”. 
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin məsələ ilə əlaqədar son açıqlamasına istinadla vurğulayıb ki, AB-nin Ermənistandakı missiyası Azərbaycan, Rusiya və İrana qarşı kəşfiyyat məlumatları toplayır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->