Xəbər lenti

Restorandan stol-stul oğurladı, həbs edildi
Ölkə13:34 07.06.2024

Restorandan stol-stul oğurladı, həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən "Dost qapısı” restoranın stol və stuları oğurlanıb.
Qaynarinfo-nun məlumatına görə, oğurluğu törədən 1997-ci il təvəllüdlü Asif Hacıyev (şərti) saxlanılıb. 
Asif restoranın açıq sahə hesab olunan həyətindən ümumi dəyəri 440 manat olan 1 ədəd stol, 4 ədəd stul və 1ədəd manqalı oğurlayıb. 
Onun Gəncədə bir avtomobildən 80 manat dəyərində olan akkumlyatoru oğurlaması da məlum olub. 
Məhkəmənin qərarı ilə Asif İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib və 23 gün inzibati qaydada həbs  edilib.
Əhməd