Fransanın şimalındakı Vers-sür-Mer şəhərində müttəfiqlərin Normandiyada desantının 80 illiyi şərəfinə anım tədbirləri keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə Fransa prezidenti Emmanuel Makron və Böyük Briganiya kralı III Çarlz, eləcə də həyat yoldaşları iştirak ediblər.
Fransanın birinci xanımı Bricit Makron çələnglər qoyduqdan sonra kraliça Kamilla ilə əl sıxmaq istəyib. Kraliça əlini çəkməyə çalışıb, lakin xanım Makron onu tutub.
Yazılmamış qaydaya görə, Böyük Britaniyada kral cütlüyünə, özləri bədən təması üçün getmədikcə, onlara toxunmaq qəti qadağandır. Buna görə də Bricit Makronun addımı sosial şəbəkələrdə qəzəb fırtınasına səbəb olub.
Aydın
Şərhlər