XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Bravo"da 4,99 manatlıq məhsul 7,95 manata satıldı - "Azərbaycan Supermarket" cərimələndi
Ekonomiks18:03 06.10.2026

"Bravo"da 4,99 manatlıq məhsul 7,95 manata satıldı - "Azərbaycan Supermarket" cərimələndi

“Bravo” marketdə 4,99 manatlıq qiymət göstərilən “Nivea Deo mirvari” adlı dezodorant kassada 7,95 manata satılıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı “Azərbaycan Supermarket” MMC barəsində inzibati protokol tərtib edilib və məhkəmə şirkəti 4000 manat cərimələyib.

İş materiallarına əsasən, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edən istehlakçı bildirib ki, məhsulun üzərində əvvəlki qiymət 7,75 manat, endirimli qiymət isə 4,99 manat göstərilib. Lakin kassada ondan 7,95 manat tutulub.

İstehlakçı məhsulun qiymət kağızını yenidən yoxladıqda 4,99 manatlıq qiymətin “Bravo” tətbiqi ilə alışa aid olduğunu müəyyən edib və məsələ ilə bağlı aidiyyəti quruma müraciət edib.

Məhkəmə hesab edib ki, məhsulun vitrin qiyməti ilə kassadakı qiymətin fərqli olması istehlakçının hüquqlarının pozulmasına səbəb olub və İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı yaradıb.

Nəticədə “Azərbaycan Supermarket” MMC təqsirli bilinərək 4000 manat cərimə edilib.

Aydın