XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"EASYDRİLL"in 1,8 milyon manat vergi borcu var - Məhkəmə qərarı
Ekonomiks17:39 06.10.2026

"EASYDRİLL"in 1,8 milyon manat vergi borcu var - Məhkəmə qərarı

"EASYDRİLL" Məhdud Məsuliyyətli Cəmiyyəti 1500 manat cərimələnib.

Qaynarinfo xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət məcburi auditdən yayınmaqda təqsirli bilinib.

Məhkəmə müəyyən edib ki, MMC-nin 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditi aparılmayıb.

Şirkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilib.

Qeyd edək ki, nizamnamə kapitalı 500 manat olan “EASYDRİLL” MMC-nin qanuni təmsilçisi Əsədov Elad Eyvaz oğludur. Şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 801 142,73 manat vergi borcu olduğu bildirilir.

Aydın