XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Millimizdən böyükhesablı qələbə
İdman20:04 06.10.2026

Millimizdən böyükhesablı qələbə

Bu gün Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu - 10-cu tur oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, yığma B qrupunun görüşündə Cəbəllütariqlə üz-üzə gəlıb.

Masazırda keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matçı lüksemburqlu baş hakim Yasmin Sabotiç idarə edib.
Qeyd edək ki, Azərbaycan millisi 6 komandanın yer aldığı B qrupunda 10 oyundan sonra 10 xalla 5-cidir.

17:45. Azərbaycan - Cəbəllütariq - 3:0

Qollar: Nihad Əhmədzadə, 8, Ağadadaş Salyanski, 43, 51