Xəbər lenti

Azərbaycan Dünya çempionatında daha bir medal qazandı
İdman19:05 06.10.2026

Azərbaycan Dünya çempionatında daha bir medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Qaynarinfo xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşıb.

Rəqibinə qalib gələn Məmmədəliyev dünya üçüncüsü olub.

Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) çəki dərəcəsində dünya çempionu olub.