"Xadimə" serialındakı rolu ilə tanınan aktrisa Sidni Svini prodüser Skuter Braunla münasibətləri fonunda iudaizmi qəbul etmək imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Mənbənin məlumatına görə, cütlük artıq gələcəklə bağlı planlarını, o cümlədən ailə qurmaq və övlad sahibi olmaq məsələlərini müzakirə edir. Bununla əlaqədar Svini iudaizmə keçid prosesini öyrənməyə başlayıb.
Aktrisa prosedur haqqında daha ətraflı məlumat almaq üçün iki ravvinlə görüşüb. Bu proses bir ildən dörd ilədək davam edə bilər. Buraya dinin hərtərəfli öyrənilməsi və namizədə dəstək göstərəcək ravvinin təyin edilməsi daxildir.
"Page Six" qeyd edir ki, Skuter Braun yaxın altı ay ərzində Sviniyə evlilik təklifi etməyi planlaşdırır. O, aktrisada vaxtilə dramaturq Artur Millerlə evləndikdən sonra iudaizmi qəbul edən Merilin Monronun müasir obrazını görür.
Aydın
Şərhlər