XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İstanbulda məktəbdə bıçaqlı hücum - 8 şagird yaralandı
Dünya13:24 06.10.2026

İstanbulda məktəbdə bıçaqlı hücum - 8 şagird yaralandı

İstanbulda məktəbdə bıçaqlı hücum olub

Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir rayonunun Kayaşehir ərazisində yerləşən orta məktəbdə baş verib.

Səhər saatlarında məktəbdə şagirdlər arasında hələlik səbəbi məlum olmayan mübahisə yaranıb.

15 yaşlı şagird bıçaqla 8 məktəblini yaralayıb.

Xəsarət alan şagirdlər xəstəxanaya çatdırılıb.

Hadisəni törətdiyi müəyyən edilən məktəbli saxlanılıb. Araşdırma aparılır.

Aydın