XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər
Texnologiya13:51 06.10.2026

"Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər

Android 9 və 10 əməliyyat sistemindən istifadə edən smartfon sahibləri yaxın zamanda Android Auto dəstəyinin dayandırılması ilə bağlı bildirişlər almağa başlayıblar.

Qaynarinfo “Pocket-lint”ə istinadən xəbər verir ki, "Google" Android 10-dan aşağı versiyalarda Android Auto dəstəyini dayandırmağa hazırlaşır.

Android Auto vasitəsilə smartfonun naviqasiya, musiqi, zəng və digər funksiyalarını avtomobilin multimedia sisteminin ekranında istifadə etmək mümkündür.

Hazırda Android Auto simli bağlantı üçün Android 9, simsiz bağlantı üçün isə Android 11 və daha yeni versiyalar tələb edir. "Google"un yeni dəyişikliklə bu tələbləri eyniləşdirərək minimum Android 10 versiyasını tətbiq etməyi planlaşdırdığı bildirilir.

Statistikaya görə, Android 9 və 10 versiyaları əməliyyat sistemi ilə işləyən cihazların təxminən 8 faizini təşkil edir. Bu dəyişiklik nəticəsində on milyonlarla smartfonun Android Auto-ya çıxışını itirə biləcəyi qeyd olunur.

Dəstəkdən məhrum ola biləcək cihazlar arasında 2018-ci ildə təqdim edilən Samsung Galaxy Note 9, Galaxy S9 və Sony Xperia XZ2 modellərinin də adı çəkilir. Bu smartfonlar üçün Android 10 son əməliyyat sistemi yeniləməsi olub.

Mütəxəssislər isə smartfonların son bir ildə bahalaşdığını nəzərə alaraq, "Google"un tələbləri sərtləşdirməsi üçün uyğun zaman seçmədiyini düşünürlər.

Günay