XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ölüm halından sığorta halları artıb - 10 dəfə...
Ekonomiks22:29 06.10.2026

Ölüm halından sığorta halları artıb - 10 dəfə...

Azərbaycanda həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqlarında kəskin artım qeydə alınıb.

Qaynarinfo Valyuta.az-a istinadla xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 22,2 milyon manat sığorta haqqı toplanıb.

2025-ci ilin eyni dövründə isə yığımlar cəmi 2,3 milyon manat təşkil etmişdi.

Beləliklə, bir il ərzində həyatın ölüm halından sığortası üzrə yığımlar təxminən 9,7 dəfə və ya 872,5% artıb.

Eyni dövrdə həyat sığortası üzrə ümumi yığımlar 423,6 milyon manatdan 526,8 milyon manata yüksəlib. Bu isə təxminən 24,3% artım deməkdir.