Xəbər lenti

Türkiyə buğda ixracını dayandırır - Dünya bazarlarında qiymətlər necə dəyişəcək?
Dünya 22:52 07.06.2024

Türkiyə buğda ixracını dayandırır - Dünya bazarlarında qiymətlər necə dəyişəcək?

Türkiyə iyunun 21-dən oktyabrın 15-nə qədər ölkəyə buğda idxalını dayandıracaq. Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda idxalına qoyulan müvəqqəti qadağa yerli istehsalçılara dəstək məqsədilə tətbiq ediləcək.

İqtisadçı ekspert Əli Əlirızayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu qərarın başlıca məqsədi daxili istehsalın artırılmasına yönəlib:

"Buğda biçilir, nə var odur. Bundan sonra onu  artırmaq olmayacaq. Bunun birinci qiymətə  təsir edəcək. Qiymətlər qalxacaq. İstər Türkiyə,  istərsə Rusiya olsun idxal olunan buğda azalacaq. Bunun da nəticəsində ölkə daxilində də qiymətlər qalxacaq. Buğdanı ölkəyə baha qiymətə gətirəcəklər. Bu da birbaşa unun qiymətinə təsir  edəcək. Yəni, unun qiyməti qalxacaq”. 

İqtisadşı ekseprt Eyyub Kərimli isə hesab edir ki, bu məhdudiyyətin buğdanın qiymətinə heç bir təsiri olmayacaq:

"Çünki Azərbaycan Rusiya, Ukrayna, Qazaxıstandan buğda idxal edir. Türkiyə dünya buğda bazarında elə də əhəmiyyətli buğda icraatçısı deyil, yalnız daxili istehsal üçün buğda istehsal edir. Türkiyə digər ölkələrdən buğda alır. Bu baxımdan hesab edirəm ki, bu qərar Türkiyədə müəyyən qiymətlərə təsir edə bilər”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->