Üç rayonun qaz təchizatında fasilələr olacaq

Üç rayonun qaz təchizatında fasilələr olacaq

Ağdaş, Cəlilabad və Göyçayın təbii qaz təchizatında fasilələr olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Oktyabrın 30-da qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, yeni tikilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və sair işlərlə bağlı saat 09:00-dan işlər başa çatanadək Ağdaş, Cəlilabad və Göyçay rayonlarının bir hissəsində qaz təchizatında fasilələr müşahidə olunacaq.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR