Xəbər lenti

İstanbulda zəlzələ oldu
Dünya 16:44 19.06.2021

İstanbulda zəlzələ oldu

İstanbulun Mərmərə bölgəsində zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD-ın xəbərinə görə, təkanlar Bakı vaxtı ilə saat 16.08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Daxili İşlər nazirini müavini İsmail Çataklı bildirib ki, hər hansı dağıntı və insan tələfatı yoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->