Xəbər lenti

36 yaşlı idmançı gənə dişləməsi nəticəsində dünyasını dəyişdi
Dünya 19:24 08.10.2024

36 yaşlı idmançı gənə dişləməsi nəticəsində dünyasını dəyişdi

Buzadırmanma üzrə Rusiya çempionu Alena Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.


Report xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.


Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->