Xəbər lenti

72 nəfərin öldüyü deyilən təyyarədə iki nəfər sağ qalıb (FOTOLAR)
Foto 14:00 15.01.2023

72 nəfərin öldüyü deyilən təyyarədə iki nəfər sağ qalıb (FOTOLAR)

Nepalda sərnişin təyyarəsinin qəzaya uğradığı yerdə sağ qalanlar tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın AFP agentliyi məlumat yayıb.

Təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olduğu məlum olub. İlkin olaraq təyyarədə olanların hamısının həlak olduğu bildirilirdi. Amma dağıntılar təmizləndikdən sonra sağ qalanlar tapılıb. 

Hələlik iki nəfərin sağ tapıldığı bildirilir. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, bundan əvvəl News18 telekanalı təyyarənin göyərtəsində olan 72 nəfərin hamısının həlak olması barədə məlumat vermişdi.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->