Birləşmiş Ştatlar İsrail hakimiyyətinə Amerika təyyarədaşıyıcılarının yəhudi dövlətini İrandan qoruyaraq bölgədə "qeyri-müəyyən müddətə” qala bilməyəcəyi barədə məlumat verib.
Qaynarinfo Gazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə İsrailin Kanal 13 telekanalı məlumat
yayıb.
Kanalın xəbərində vurğulanır ki, Vaşinqton İsrailə müraciətində Amerika təyyarədaşıyan gəmilərinin "bölgədə əbədi qala bilməyəcəyini” və buna görə də regionda gərginliyin səviyyəsinin daim azaldılmalı olduğunu qeyd edib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken bildirmişdi ki, Qəzza zolağında atəşkəs razılaşması tamamlanmaq üzrədir, çünki hazırda bütün şərtlərin 90%-i razılaşdırılıb.
Blinken və İsrailin baş naziri Benyamin Netanyahu arasında Qəzza zolağında atəşkəs danışıqlarının gedişi ilə bağlı fikir ayrılığı var. Belə ki, Netanyahu İsraillə Fələstinin HƏMAS hərəkatı arasında razılığa gəlməzdən əvvəl ciddi məsafənin olduğunu bildirib.
Alpər
Şərhlər